EGA (ing. Enhanced Graphics Adapter – Təkmilləşdirilmiş qrafiki adapter) — öz xarakteristikasına görə (rəngli) CGA və VGA arasında yerləşən, IBM PC üçün monitor və videoadapterlərin standartıdır. IBM firması 1984-cü ilin avqustunda IBM PC/AT fərdi kompüterinin yeni modeli üçün EGA standartını buraxıb. EGA videoadapteri 16 rəng və 640×350 keyfiyyətini dəstəkləyir. Videoadapter MC6845 Motorolasının videokontrolleri və BİOS-un qrafiki funksiyalarının genişləndirilməsi üçün 16kB PZU ilə təchiz olunub.
EGA adapteri 640×350 keyfiyyətini dəstəkləməsi zamanı mümkün 64 rəngdən (hər biri 2 bit olmaqla qırmızı, yaşıl və göy tərkibli) 16-nı eyni vaxtda istifadə etməyə imkan verir. EGA həmçinin qrafiki dəstəkli, 16 rəng keyfiyyətli CGA-in 640×200 və 320×200 keyfiyyətini dəstəkləyir; bu zaman yalnız CGA palitrasındakı rənglərdən istifadə etmək olar. EGA standartı CGA ilə tam uyğunlaşmasa da, CGA-in ilkin rejimləri EGA tərəfindən dəstəklənir. EGA şəkilləri MDA monitorlarında ekrana çıxara bilər, bu imkan platadakı dəyişdiricilərin köməyilə əldə olunur, bu vaxt yalnız 640×350 keyfiyyət rejimi mümkündür.
EGA platası ISA şininə 8 bit variantından başlayaraq qoşulur. EGA versiyasının bazası 64kB videoyaddaşa malik idi ki, bu da rəngli qrafiki 640×200 və 320×200 rejimlərində monoxromatik qrafik üçün kifayət edir. Zaman keçdikcə EGA platasının çox hissəsi 256kB videoyaddaşla buraxılmağa başladı. EGA-nın bəzi meylli kənar istehsalçıları (xüsusilə, ATI Technologies və Paradise) genişləndirilmiş qrafiki rejimləri (məs, 640×400, 640×480 və 720×540), monitorun avtomatik təyini tipini və bəzən, CGA monitorları üçün xüsusi rejimi dəstəkləyir. EGA standartı 1987-ci il 2 apreldə IBM PS/2 kompüter modelləri üçün IBM firması tərəfindən təqdim edilən VGA standartı ilə əvəz edildi.